Qatar səfərlərini iki gün təxirə salan siçan muzeydə nümayiş olunacaq

Qatar səfərlərini iki gün təxirə salan siçan muzeydə nümayiş olunacaq

Holandiyanın Rotterdam və Breda şəhərləri arasında sürət qatarı səfərləri, bir tarla siçanı üzündən iki gün boyunca təxirə salındı.
 
Maide.Az "BBC"-ə istinadla xəbər verir ki, Hollandiyanı Belçikaya birləşdirən sürət qatarı xəttinin Breda və Rotterdam şəhərləri arasında, çərşənbə günü meydana gələn nasazlıq səbəbindən qatarların hərəkəti dayandırılıb. 
 
Dəmiryolu işçilərinin gərgin çalışmaları nəticəsində cümə axşamı nasazlığın səbəbi məlum olub.  Qatar səfərlərinin ləngiməsinə bir tarla siçanının kabelləri gəmirməsi səbəb olub.
 
İşçilər kəsilmiş kabellərin yanında ölmüş siçanı tapıblar. Sürət qatarı səfərləri iki gün sonra yenidən bərpa olunarkən , Rotterdam Təbiət Tarixi  Muzeyi siçanın ölüsünü muzeydə nümayiş etdirmək üçün istəyib. 
 
Muzey, qatar səfərlərində ciddi problemlərə səbəb olan siçanı maraqlı tarixi olan heyvanlar bölümündə nümayiş etdirəcək.  Muzey rəhbərliyinə görə bu siçanın hekayəsi kolleksiyaya tam uyğun gəlir.

Google+ WhatsApp ok.ru