Qatar yük maşını ilə toqquşdu - 20 yaralı

Qatar yük maşını ilə toqquşdu - 20 yaralı

Almaniyada yük maşını sərnişin qatarı ilə toqquşub. Trend-in məlumatına görə, qəza Rendsburq şəhəri yaxınlığında qeydə alınıb.
 
Yerli polis qəza nəticəsində azı 20 nəfərin xəsarət aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
 
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.
 
Polis araşdırmaya başlayıb.
 

Google+ WhatsApp ok.ru