Qatil-bakteriyalar dünyanın əsas çimərliklərində

Qatil-bakteriyalar dünyanın əsas çimərliklərində

Alimlər tərəfindən dənizlərdə və okeanlarda neft ləkələri ilə mübarizə aparmaq üçün yaradılmış zərərli bakteriyalar ABŞ və Aralıq dənizinə yaxınlaşır.
 
Maide.Az xəbər verir ki, bu barədə nüfuzlu The Guardian qəzeti məlumat verib.
 
Sintetik bakteriya "Sintiya" 2010-ci il aprelin 20-də Meksika körfəzində neft platforması partladıqdan sonra laborator şəraitdə yaradılıb. Bakteriyanın ərsəyə gətirilməsi dənizdə olan neft ləkələrinin məhvi üçün nəzərdə tutulub. Lakin zaman keçdikcə, bakteriya yalnız neft deyil, həm də canlı orqanizmlər udmağa başlayıb. Onun yayıldığı rayonlarda kütləvi quş və balıq ölüm halları dəfələrlə artıb.
 
2014-ci il ərzində bakteriyalara görə 97 nəfər insan xəstələnib və 27 ölüm hadisəsi qeydə alınıb.
 
Bu bakteriyaya iki yolla yoluxmaq olar: Birincisi, bakteriyanın olduğu yerlərdə olmaqla.  İkincisi, həmin bakteriyaya yoluxan dəniz məhsulları vasitəsi ilə. 
 
"Sintiya" bakteriyasına yoluxma əlamətləri dəri səpgisi, ürəkbulanma və suluqlar sayılır. /

Google+ WhatsApp ok.ru