Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO/VİDEO - YENİLƏNİB

Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO/VİDEO - YENİLƏNİB

***12:02
 
Qax rayonuna yağan leysan yağışlar Çüdüllü kəndinə də ziyan vurub. Hazırda dəymiş ziyanın məbləği hesablanır.
Çüdüllü kəndində də şəxsi təsərrüfatlara ziyan dəyib, bir neçə evin həyətyanı sahəsinin divarı aşıb, toyuq-cücələr tələf olub, evlərin zirzəmiləri su ilə dolub. 
 
 
***10:23
Sakinlərin təsərrüfatları su altında qalıb
 
Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.
 
Nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb.
 
Yerli təsərrüfata ziyan dəyib. (report) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru