Qaxda qar yağır - FOTO

Qaxda qar yağır - FOTO

 Rayon ərazisinə 5-7 santimetr qar yağıb
 
Bugün günorta saatlarından başlayaraq Qax rayonu ərazisinə ilk qar yağıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, qar rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəlikdə yerləşən Sarıbaş və dəniz səviyyəsindən 1356 metr yüksəklikdə yerləşən İlisu kəndləri ərazisinə yağıb.
 
Rayonun Sarıbaş kəndinin ərazisinə 7 santimetr, İlisu kəndinə isə 5 santimetr qar yağıb.
 
Qeyd edək ki, qışı rütubətli keçən soyuq iqlim tipinin hakim olduğu İlisu kəndində orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissəsi aprel-sentyabr ayları arası düşür. İllik yağıntının miqdarı 1200-1400 millimetr, qarla örtülü günlərin sayı  isə 120-160 gündür. /
 
 
 
 

Google+ WhatsApp ok.ru