Qaxda zəlzələ olub

Qaxda zəlzələ olub

-- yerli sakinlər arasında həyacan yaşanıb.

Qax rayonunda zəlzələ olub.
 
Maide.Az "Report"a istinadən  məlumat verir ki,  saat 09:51-də rayon ərazisində zəlzələ qeydə alınıb.
 
Zəlzələ hiss edilib, yerli sakinlər arasında həyacan yaşanıb. 
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı "Report"a açıqlamasında Qax rayonu ərazisində zəlzələ olması faktını təsdiqləyib.
 
O bildirib ki, zəlzələnin maqnitudası 2.9 olub: "Qaxda qeydə alınan zəif təkandır".

 

Google+ WhatsApp ok.ru