Qaz ölkəsində `qazsızlıq dərdi`

Qaz ölkəsində `qazsızlıq dərdi`

-- Bakıda 320 ailə qazsız qalıb

"Bizim Yol" qəzetində "Bakıda 320 ailə qazsız qalıb" sərlövhəli məqalədə bu ailələrin qazsız qalması sualına cavab axtarılır.
 
Müəllif deyir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 16 ünvanında yaşayan 320 ailə 8 ildir ki, qazsız qalıb. "Günəşli" MTK-nın inşa etdiyi binadan mənzil alan vətəndaşlarla bağlanan müqaviləyə görə, tikinti şirkəti qaz, su, kanalizasiya çəkilişi barədə öhdəlik götürsə də vədinə əməl etmir. Vətəndaşların haqlı narazılığına səbəb olan bu hal dəfələrlə bina sakinlərinin etirazına, qalmaqalına səbəb olub. Qarşıdurmalar yaranıb".
 
Müəllif vurğulayır ki, binanın qızdırılması üçün mərkəzi istilik sisteminə qoşulmaq məqsədilə hər bir sakin 150-1000 manat miqdarında vəsait ödəyib.
 
Müəllif deyir ki, mənzillər istiliklə təmin olunsa da mənzillərə qaz verilmir və 8 ay öncə problemin həlli üçün "Azəriqaz" ilə danışıqlar aparılaraq podratçı təşkilat olaraq "VİP" təmir-tikinti şirkəti ilə müqavilə bağlanılıb.
 
Yazıda xatırladılır ki, bunun üçün hər bir vətəndaşdan 350 manat vəsait yığılıb və "VİP" təşkilatına 32 min manat vəsait ödənilib.
 
Amma qaz verilməsini təmin etməli olan təşkilat boru xətlərindəki nasazlığı əsas gətirərək günahı vətəndaşların boynuna atır.
 
Müəllif deyir ki, bəzən təşkilat qaz verilməməsinə səbəb kimi bəzi mənzillərdə yaşayışın olmamasını, qapıların bağlı olmasını əsas gətirir.
 
Artıq qışın gəlməsinə baxmayaraq, müəllif hələ də nə vaxt qazla təmin olunacaqlarını heç sakinlərin özlərinin də bilmədiklərini deyir.
 
"VİP" təşkilatına 32 min manat vəsait ödənildiyini xüsusi vurğulayan müəllif deyir ki, təşkilat aldığı vəsaitin müqabilində işini görməli olduğu halda hər hansı fəaliyyət göstərməyib.
 
Müəllif deyir ki, təşkilat bu işi başa çatdırmalı ikən ayrı-ayrı bəhanələr gətirməklə öz üzərinə götürdüyü mənzillərin qazla təmin olunması məsuliyyətindən yayınmaq istəyir.
 
Müəllif isə xatırladır ki, təşkilatın boru xətlərindəki nasazlığı əsas gətirərək günahı vətəndaşların boynuna atması, bəzi mənzillərdə insanların yaşamaması və qapıların bağlı olması kimi arqumentlərin öhdəliyini yerinə yetirməməyə əsas vermir.
 
Müəllif deyir ki, bu, azmış kimi binanın "Azəriqaz"a olan ötənilki borcuna görə mərkəzi istilik sisteminə qaz verilişi dayandırılıb və 320 ailə bu soyuq qış günü yaşamaq mücadiləsi vermək məcburiyyətində qalıb.
 
Yazı müəllifi deyir ki, binanın problemlərinin həlli üçün kənardan-kənara "məsləhətlər" verən MTK sədrinin isə özünün harada olduğu bilinmir.(contact.az)
 

 

Google+ WhatsApp ok.ru