Qazan və tavaların yaratdığı təhlükə açıqlanıb

Qazan və tavaların yaratdığı təhlükə açıqlanıb

-- bu maddə qaraciyərdə, mədəaltı vəzdə və cinsiyyət orqanlarında şişə...

Vaşinqtonda Ətraf Mühitin Mühafizəsi Agentliyi qazan və tavalardakı mikroskopik hissəciklərlə bağlı hesabat hazırlayıb.
 
Bu barədə “Daily Mail” məlumat yayıb.
 
Perftoroktan turşusu telefon, yanğınadavamlı və gec çirklənən materialların istehsalı zamanı istifadə olunur. Lakin bu vasitə toksik və kanserogen maddələrə sahibdir.
 
Alimlərin heyvanlar üzərində apardıqları təcrübə zamanı məlum olub ki, bu maddə qaraciyərdə, mədəaltı vəzdə və cinsiyyət orqanlarında şişə, həmçinin sonsuzluğa səbəb olur. Həmçinin perftoroktan turşusu qalxanabənzər vəzin fəaliyyətini pozur.
 
Zədələnmiş tava və ya qazanın yanması perftoroktan turşusunun ayrılmasına səbəb olur. Bu da xərcəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Həmçinin bu cür teflon örtüklü tavaların zibilliyə atılması da ətraf mühit üçün təhlükə mənbəyidir. (Oxu.az)
 

Google+ WhatsApp ok.ru