Qazağıstanda vəhhabilik qadağan olunur

Qazağıstanda vəhhabilik qadağan olunur

Qazağıstanın milli təhlükəsizlik komitəsinin sədri Vladimir Jumakanov  bildirib ki, ölkəsi qanunvericilik səviyyəsində vəhabilik (sələfizm) ideologiyasını  qadağan etməyi planlaşdırır.  
 
Maide.Az xəbər verir ki, bu barədə dixinews.kz saytı məlumat verib. 
 
V. Jumakanov  deyib ki, 2011-ci ildən indiyədək ölkədə baş verən hadisələrin hamısı sələfiliklə  bağlılığı var. 
 
O əlavə edib ki, vəhhabiliyin qadağan edilməsinin  lehinə və əleyhinə olanlar var. “Lakin biz yaxın zamanlarda  bu məsələ ən yüksək səviyyədə - prezident və təhlükəsizlik şurası  səviyyəsində - öz həllini tapacaq və vəhhabilik  qadağan olunacaq. 
 
Qeyd edək ki, Qazaxıstanın Qərbi Qazaxıstan və Aktobe vilayətlərində avqustun 12-dən 30-dək 3 radikal qruplaşma zərərsizləşdirilib. Bildirilir ki, ekstremistlər hüquq-mühafizə orqanlarına hücumlar təşkil etməyi və insanların çox olduğu ərazilərdə terror aktı törətməyi planlaşdırıblar.
 
Qruplaşma üzvlərinin yaşadığı yerlərdən silah-sursat, trotil, kustar üsulla hazırlanmış partlayıcı qurğu, bıçaqlar və ekstremist məzmunlu materiallar götürülüb. Onlar evində həmçinin xüsusi kağız, çap aparatı və saxta pullar aşkar edilib. Ümumilikdə Qərbi Qazaxıstan vilayətində 10, Aktobe rayonunda isə 11 nəfər həbs olunub.

 

Google+ WhatsApp ok.ru