Qazaxda jurnalist polis tərəfindən saxlanıldı 23 May 2017 01:00 Hüquq Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib. Hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir. Yaxınları bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir. Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər. N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi "Facebook" sosial şəbəkədəki paylaşımlarını göstərirlər. N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir. (meydantv) Teqlər : #Qazaxda jurnalist polis tərəfindən saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Nardaran işi`ndə şahid ifadələri dinlənilib “Mövsüm Səmədovun həyatı üçün təhlükə var” – Yenidən Qobustana göndərilir