Qazaxda erməni tutuldu

Tutulan şəxs: `Erməni qaçqınları Azərbaycana keçəcək`

Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən daha bir erməninin yaxalanması xəbəri yayılıb.
 
ANS TV-nin bir sıra kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, 53-54 yaşlı kişi Kəmərli sakininin həyətində tutulub.
 
Məlumatda bildirilir ki, o, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə, 3-4 nəfər erməni də Azərbaycana keçmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər.
 
O, deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı, soyadı dəqiqləşdirilir. /

Google+ WhatsApp ok.ru