Qazaxıstanda böhran: İstefalar başladı

Qazaxıstanda böhran: İstefalar başladı

Qazaxıstan Baş naziri Bakıtcan Saqintayev Energetika nazirinin müavini Aseta Maqauova və “KazMunayQaz” dövlət şirkətinin sədr müavini Daniyar Berlibayevi vəzifəsindən uzaqlaşdırıb.
 
Axar.az xəbər verir ki, Saqintayev hər iki şəxsi ölkədə yaranmış yanacaq böhranında əsas günahkar hesab edib.
 
Belə ki, hökumətin iclasında baş nazir hər iki müavinin hesabatını dinləyib. Onlar böhrana əsas səbəb kimi iki neftayırma zavodunun təmirə bağlanmasını və Rusiyada benzinin qiymətinin qalxmasını göstəriblər. Saqintayev onların iddialarını bəhanə adlandırıb. Bundan sonra o, hər iki şəxsi vəzifəsindən uzaqlaşdırıb.
 
Qeyd edək ki, keçən ay Qazaxıstanın bəzi bölgələrində Aİ-92 markalı benzinin qıtlığı yaranmışdı.
 

Google+ WhatsApp ok.ru