Qazaxıstan daha bir Azərbaycan gəmisini saxlayıb; balıq ovuna görə

Qazaxıstan sərhədçiləri Xəzərdə qeyri-qanuni balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlayıblar.
 
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin yaydığı xəbərdə bildirilir.
 
Dənizin Qazaxıstana aid hissəsində qeyri-qanuni ovla məşğul olan şəxslər qaçmağa cəhd etsələr də, havaya qaldırılan helikopter buna imkan verməyib.
 
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.
 
Qeyd edək ki, bir neçə il əvvəl də Qazaxıstan sərhədçiləri Azərbaycana məxsus balıqçı gəmisini heyəti ilə birgə saxlamışdı və uzun müddət bu bürədə danışıqlar aparıldı.

Google+ WhatsApp ok.ru