Qazaxıstanda helikopter qəzasında 13 hərbçi ölüb

Qazaxıstanda helikopter qəzasında 13 hərbçi ölüb

Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki,  bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yerə çırpılan helikopter tamamilə yanıb.
 
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də təyyarə qəzasında 13 hərbçinin həlak oldğunu bəyan edib və onların ailələrinə başsağlığı verib.
 
Hazırda hadisə yerində xüsusi komissiya işləyir. 
 

Google+ WhatsApp ok.ru