Qazaxıstan da koronavirus peyvəndinin hazırlığına başladı

Qazaxıstan da koronavirus peyvəndinin hazırlığına başladı

Qazaxıstan alimləri yeni növ koronavirus üçün peyvənd hazırlamağa başlayıblar. Onlar bunun bir il çəkə biləcəyini düşünürlər.
 
Maide.Az xəbər verir ki, bu barədə cümə günü "Tengrinews" xəbər agentliyi məlumat yayıb.
 
"Səhiyyə Nazirliyi könüllülər üzərində testlər aparacaq. Bunun üçün koronavirusu olmayan sağlam insanlar lazımdır. Vaksinlərin inkişafı bir neçə mərhələdən ibarətdir. Birincisi, ştamm üçün namizəd tapmaq, hazırlıq texnologiyasını inkişaf etdirmək, təhlükəsizlik testi, klinikaya qədər və klinik sınaqlar. Klinikaya qədər olan sınaqlar koronavirusa həssas olan laboratoriya heyvanları üzərində aparılır. Kliniki sınaqların birinci, ikinci, üçüncü və bəlkə də dördüncü mərhələləri isə könüllülər üzərində aparılmalıdır", - deyə agentliyə açıqlamasında Qazaxıstan Bioloji Təhlükəsizliyi Tədqiqat İnstitutunun tədris və tədris mərkəzinin direktoru Xayrulla Abeuov bildirib.
 
Alim hesab edir ki, peyvənd hazırlamaq üçün mütəxəssislərə bir il lazımdır. Bunun hansı maliyyəyə başa gələcəyi isə hələ məlum deyil.
 
"Təhsil və Elm Nazirliyi səlahiyyətli dövlət qurumları ilə birlikdə yerli peyvəndin hazırlanması üçün maliyyə ayrılması məsələsi üzərində fəal işləyirlər. Peyvəndin qiyməti barədə düşünmək hələ tezdir. İndi əsas vəzifə peyvənd hazırlamaqdır", - deyə Abeuov bildirib.
 
Martın 15-də Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev koronavirusun yayılması ilə əlaqədar olaraq aprelin 15-dək ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb. Bundan əlavə, martın 19-da Nur-Sultan və Alma-Atıda karantin rejiminin tətbiqi qərara alınıb. Bu günə qədər ölkədə 120 koronavirus infeksiyası təsdiqlənib.
 
Qeyd edək ki, koronavirusa qarşı peyvənd hazırlığı paralel olaraq Çin, İran, Rusiya və Yaponiyada da aparılır. İran bir neçə gün əvvəl peyvəndin hazır olduğunu və yaxın günlərdə istehsalına başlanacağı ilə bağlı açıqlama yayıb.

Google+ WhatsApp ok.ru