Qazaxıstanda məscidlər xaricində nikahlara qadağa qoyulur

Qazaxıstanda məscidlər xaricində nikahlara qadağa qoyulur

-- bu təklifi Qazaxıstan Dini İşlər naziri Nurlan Yermekbayev irəli sürüb

Bundan sonra Qazaxıstanda nikahlar yalnız məsciddə keçiriləcək. 
 
Maide.Az "İslam-today"a istinadən xəbər verir ki, bu təklifi Qazaxıstan Dini İşlər naziri Nurlan Yermekbayev irəli sürüb.
 
O, bunu belə əsaslandırıb: "Qeyri-qanuni evliliklər, yaşı evliliyə düşməyən kiçik yaşlıların evlənməyə məcbur edilməməsi üçün bu addımı atmaq vacibdir. Bunun qarşısını yalnız məscidlərdə almaq mümkündür", - deyə nazir bildirib.
 
N.Yermekbayev təklifinin yeni "Dini İşlər" qanunu və Dini İcmaların fəaliyyəti haqqında qanuna dəyişiklərdə nəzərə alınmasını istəyib.
 
Sənəd həmçinin ibadət xidmətlərinin aparılması, dini mərasimlər və yetkinlik yaşına çatmayanların iştirakı ilə keçirilən görüşlər üçün tələblərin artırılmasını da nəzərdə tutur. Belə ki, 16 yaşına çatmayan uşaqların valideynləri olmadan dini mərasimlərdə iştirak etməsinə də qadağa qoyulması təklif edilib.

Google+ WhatsApp ok.ru