Qazaxıstanda məscidlərə tələblər dəyişəcək

Qazaxıstanda məscidlərə tələblər dəyişəcək

-- məscidlərin tikintisi zamanı bölgədəki əhalinin sayı nəzərə alınacaq

Qazaxıstan hökuməti ölkədə dini binaların, o cümlədən məscidlərin tikintisi zamanı tələbləri dəyişəcək.
 
Maide.Az  "İslam Today"a istinadən xəbər verir ki, hazırda bu ölkədə 3601 məscidin 84-ü boşdur.
 
Dini İşlər və Vətəndaş Cəmiyyəti üzrə nazir Nurlan Yermekbayev deyib ki, məscidlərin tikintisi zamanı bölgədəki əhalinin sayı nəzərə alınmalı və buna uyğun ölçüdə tikilməlidir.
 
Yeni standartlarla bağlı detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

 

Google+ WhatsApp ok.ru