Qazaxıstanda məscidlər sökülmək təhlükəsi ilə üz-üzə

Qazaxıstanda məscidlər sökülmək təhlükəsi ilə üz-üzə

Qazaxıstanda xalqın dövlətdən icazə ala bilmədiyi üçün şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər.
 
Maide.az "Dünya bülleteni"nə istinadən xəbər verir ki, məsələ ölkənin Dini İdarəsi ilə inşaat sektorunun nümayəndələri arasındakı görüşdə müzakirə edilib.
 
Məlumata görə, Çimkənd şəhəri və Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.
 
Qazaxıstan Şəhərsalma və Tikinti Planlanma İdarəsinin məlumatına görə, son 13 ildə cəmi 8 məscidin inşasına rəsmi icazə verilib. Digər məscidlər isə qeyri-qanuni tikinti adlandırılıb.
 
Qeyd edək ki, apreldə ibadət mərkəzləri ilə bağlı qanuna edilən dəyişikliklərdə məktəblərə 300 metr məsafədəki məscidlərin sökülməsi barədə də qərar verilmişdi.

Google+ WhatsApp ok.ru