Qazaxıstanda MDB ölkələrində halal qida mövzusu müzakirə olunur

Qazaxıstanda MDB ölkələrində halal qida mövzusu müzakirə olunur

Nur-Sultan şəhərində baş tutan bu  görüşdə, Türkiyə, Rusiya, Malayziya, Belorusuya, Özbəkistan və s. olmaqla ümumilikdə  25 təşkilat və ölkədən nümayəndələr toplaşıblar.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının təşəbbüsü ilə keçirilən toplantıda  MDB ölkələrində halal qida istehsalı məsələsini müzakirə edilir.  
 
Toplantıda gündəlikdə duran - “Sənaye Təhlükəsizliyi üzrə İslam Təşkilatının üzvü olan ölkələrdə halal qida istehsalının inkişafı”, “genetik və molekulyar laboratoriyalarda innovasiya texnologiyalarının rolu və təhlükəsiz istehsal”, “Halal adi altında standartlaşma və sertifikatlaşmanın inkişafı” və s bu kimi məsələlərin həllini tapmağa çalışacaqlar. 
 
Ardınca da təhlükəsiz və halal qidaların istehsalında yaranan probləmləri müzakirəyə çıxaracaqlar.  
 
Yekunda isə, “MDB ölkələrində halal qida istehsalının inkişafı üzrə beynəlxalq toplantının” deklorasiyasının  imzalanması gözlənilir.

Google+ WhatsApp ok.ru