Qazaxıstanda mobil telefonlar üçün Namaz vaxtı proqramı hazırlanıb

Qazaxıstanda mobil telefonlar üçün Namaz vaxtı proqramı hazırlanıb

 Qazaxıstanda mobil telefonlar üçün Qazax dilində Namaz vaxtı proqramı hazırlanıb. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,   Qazaxıstanın Almata şəhərinin Süleyman Dəmirəl universitetinin Komputer mühəndisliyi fakültəsinin tələbəsi Almaz Adilbeg  tərəfindən hazırlanan proqram "Səcdə" adlanır. Proqram namaz vaxtlarını elan edir, qibləni göstərir.
 
Hazırda dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, Fransa və İndoneziyada 850 min nəfər bu proqramdan istifadə edir. İstifadəçilərin səksən faizindən çoxu Qazaxıstan vətəndaşlarıdır.
 
A.Adilbeg bildirib ki, əvvəlcə proqramı öz şəxsi istifadəm üçün hazırlamışdım. Proqramın uğurlu sınağından sonra isə onu hamı ilə bölüşmək qərarına gəldim.  
 
Qeyd edək ki, Almata şəhərinin "Süleyman Dəmirəl Universiteti" (YCD) xüsusi təhsil ocağıdır. Bu elm ocağı 1996-cı ildə Nursultan Nəzərbəyov və Süleyman Dəmirəlin iştirakı ilə təsis edilib.     
 

Google+ WhatsApp ok.ru