Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2

Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayışda ölənlərin ayı artır.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) ölənlərin sayının 9 nəfərə çatdığını açıqlayıb. Həlak olanlar arasında FHN əməkdaşları da var.
 
Müdafiə naziri Nurlan Yermekbayev isə baş verən hadisəyə görə istefaya getmək niyyətində olduğunu bildirib.
 
“Mən Cambul vilayətində silah-sursat anbarında baş verənlər haqqında öyrənəndə artıq özüm üçün qərar vermişəm, istefamı xahiş edəcəm. Qərarı isə ölkə başçısı qəbul edəcək”, - deyə nazir vurğulayıb.
 
O əlavə edib ki, hazırda əsas məsələ hadisənin nəticələrinin aradan qaldırılmasıdır.
 

***

Qazaxıstanın Cambıl vilayətindəki hərbi hissədəki silah-sursat anbarında baş verən yanğın və partlayışların nəticələrini aradan qaldırarkən 4 hərbçi həlak olub, 66 nəfər yaralanıb.

Maide.Az "azertac" a istinadla xəbər verir ki, 28 yaralı xəstəxanalara yerləşdirilib.
 
"Təəssüf ki, nəticələrin aradan qaldırılması zamanı 4 hərbçi həlak olub. Yanğın hazırda davam edir", - deyə ölkənin müdafiə naziri Nurlan Yermekbayev bildirib.
 
Xatırladaq ki, Cambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın baş verib. Yanğın ardıcıl partlayışlarla davam edib.
 
Faktla əlaqədar silahla, habelə başqaları üçün təhlükə yaradan maddə və əşyalarla işləmə qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.

 

Google+ WhatsApp ok.ru