Qazaxıstanda Suriya danışıqlarının 14-cü raundu keçirilir

Qazaxıstanda Suriya danışıqlarının 14-cü raundu keçirilir

Dekabrın 10-da Türkiyə, İran və Rusiyanın nümayəndə heyətləri Qazaxıstan paytaxtı Nur-Sultana ikigünlük danışıq aparmağa gediblər. Jurnalistlərə açıqlamanı Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadiyarov verib.
 
Üçtərəfli danışıqların məqsədi Suriyada səkkiz ildir gedən vətəndaş müharibəsinin daimi həlli yollarını götür-qoy etmək, eləcə də müharibədən sonrakı konstitusiya, siyasi keçid, təhlükəsizlik və qaçqınların yenidən yerləşdirilməsi üzrə danışıqlar aparmaqdır.
 
Astana prosesi çərçivəsində ilk görüş 2017-ci ilin yanvarında Türkiyədə olub. Məqsəd BMT-nin sponsorluğu ilə keçirilən Cenevrə sülh danışıqlarına dəstək verməkdir.
 
Artıq bu proses çərçivəsində 14-cü toplantı keçirilir.
 
 

 

Google+ WhatsApp ok.ru