Qazaxıstan Myanma müsəlmanlarına maliyyə yardımı edəcək

Qazaxıstan Myanma müsəlmanlarına maliyyə yardımı edəcək

-- humanitar yardım göstərilməsi üçün 500 min ABŞ dolları ...

Qazaxıstan Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınan Rohinciyalı müsəlmanlara 500 min dollar məbləğində yardım göndərəcək. 
 
Maide.Az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, Rohinciyalı müsəlmanlara yardım barəsində fərmanı ölkənin baş naziri Bakıtjan Sağıntayev imzalayıb. 
 
Fərmana əsasən,  Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Banqladeşdəki düşərgələrdə yaşayan Rohinciyalı müsəlamanlara rəsmi humanitar yardım göstərilməsi üçün  500 min ABŞ dolları ölkənin Xarici İşlər Nazirliyinə təhvil verəcək. 
 
Vəsait Qazaxıstan və digər ölkələr ərazisində insan hüquqları və fövqəladə hallarının aradan qaldırılması üçün nəzərdə tutulmuş təcili yardım fondundan ayrılacaq. 
 
Qeyd edək ki, 2017-ci il Rohinciya müsəlmanları üçün  ən ağır və ən pis il olduğu vurğulanır. Bbu il ən az 650 min  müsəlman ifratçı budistlər və Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə  sığınıb. 
 
Xatırladaq ki, Sərhədsiz  Həkimlər  Təşkilatı tərəfindən  yayımlanan hesabata əsasən, 25 avqust tarixindən 24 sentyabr tarixinədək  ən az 9 min  Rohinciyalı müsəlman  Myanma ordusu tətərfindən  öldürülüb.

Google+ WhatsApp ok.ru