Qazaxıstan qapısını 35 ölkəyə açır

Qazaxıstan 2017-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı ölkələrinə qarşı vizasız rejim tətbiq etmək fikrindədir.
 
Bunu iyulun 9-da Astanada jurnalistlərə Qazaxıstanın baş nazir müavini Rapil Joshybayev deyib.
 
O qeyd edib ki, bu təşkilata daxil olan 33 ölkə ilə yanaşı Malayziya və Sinqapur da bu siyahıya salınacaq.
 
Bu təşkilata ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Avstriya, İsveçrə, Yaponiya, Türkiyə, İsrail, Meksika, Norveç, İsveç, İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, Niderland, Lüksemburq, Avstraliya, Yeni Zelandiya, Çexiya, Slovakiya, Estoniya, Macarıstan, Polşa, Sloveniya, Danimarka, İslandiya, Çili, Finlandiya, İrlandiya və Yunanıstan daxildir. /

Google+ WhatsApp ok.ru