Qazaxıstan `İslam terrorizmə qarşı` forumunu yaratmağı təklif edib

"Qazaxıstan "İslam terrorizmə qarşı" forumunu yaratmağı təklif edib."
 
Bu barədə ölkə prezidenti Nursultan Nazarbayev Rusiyanın dövlət başçısı Vladimir Putinin Qazaxıstana səfəri zamanı mətbuat üçün verilən birgə bəyanatda məlumat verib: "Biz beynəlxalq gündəmin aktual məsələlərinə xüsusi diqqət ayırdıq. Əlbəttə ki, qlobal və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin artırılması məsələləri üzrə Minsk anlaşmalarının realizasiyasının gedişi, o cümlədən Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizlik məqsədilə."
 
Onun sözlərinə əsasən, bu məsələdə Əfqanıstan, Suriya və İraqdakı vəziyyət böyük əhəmiyyət kəsb edir: "Vladimir Vladimiroviç (Putin - red.) bu barədə məni məlumatlandırdı. Biz yaranmış vəziyyəti müzakirə etdik.
 
Hazırda şiə-sünni mövzusunda spekulyasiyalar gedir. Bu, heç bir ümumi əlaqəyə malik deyil, çünki Suriyada edilənlər bizim hamımız üçün, xüsusilə Mərkəzi Asiya regionu üçün ümumi təhdiddir.
 
Bununla əlaqədar olaraq, "İslam terrorizmə qarşı" forumunun yaradılması ideyası ilə çıxış etdiyimiz barədə danışdıq. Bizi dəstəkləsələr, bu, etdiyimizin doğru anlaşılması üçün işin düzgün istiqaməti olar.
 
Qazaxıstan və Rusiya dünyadakı vəziyyətin inkişafını ümumi qiymətləndirmə baxışına malikdir, problemlərin həllinə yanaşmanı sıx əlaqələndirirlər."(SalamNews)

Google+ WhatsApp ok.ru