Qazaxıstanda  Avrasiya Müsəlman Ziyalıları forumu keçirilib

Qazaxıstanda Avrasiya Müsəlman Ziyalıları forumu keçirilib

-- forumda 22 ölkədən 30-dan çox nümayəndə heyəti iştirak edib

Qazaxıstanın paytaxtı Astanada  Avrasiya Müsəlman Ziyalıları Forumu keçirilib. 
 
Maide.Az  "dunyabulteni"-nə istinadən xəbər verir ki,  forumda Avrasiya bölgəsində ortaq fətva bazasının,  mənəvi  yenilənmə konsepsiyasının, forumun katibliyinin yaradılmasına, fəaliyyət proqramının hazırlanmasına və rəsmi saytın təsis edilməsinə qərar verilib. 
 
Qazaxıstan baş müftüsü Serikbay Orazın  başçılığı ilə keçirilən  forumda 22 ölkədən  30-dan çox nümayəndə heyəti iştirak edib.  
 
Forumda çıxış edənlər Avrasiya bölgəsində yaşayan  xalqların  birliyininin zərurliyini vurğulayıb.   
 

Google+ WhatsApp ok.ru