Qazaxıstanda böhran: İstefalar başladı 10 Oktyabr 2017 01:00 Dünya Qazaxıstan Baş naziri Bakıtcan Saqintayev Energetika nazirinin müavini Aseta Maqauova və “KazMunayQaz” dövlət şirkətinin sədr müavini Daniyar Berlibayevi vəzifəsindən uzaqlaşdırıb. Axar.az xəbər verir ki, Saqintayev hər iki şəxsi ölkədə yaranmış yanacaq böhranında əsas günahkar hesab edib. Belə ki, hökumətin iclasında baş nazir hər iki müavinin hesabatını dinləyib. Onlar böhrana əsas səbəb kimi iki neftayırma zavodunun təmirə bağlanmasını və Rusiyada benzinin qiymətinin qalxmasını göstəriblər. Saqintayev onların iddialarını bəhanə adlandırıb. Bundan sonra o, hər iki şəxsi vəzifəsindən uzaqlaşdırıb. Qeyd edək ki, keçən ay Qazaxıstanın bəzi bölgələrində Aİ-92 markalı benzinin qıtlığı yaranmışdı. Teqlər : #Qazaxıstanda böhran: İstefalar başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada Rusiya qırıcısı qəzaya uğrayıb - heyət həlak olub Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO