Qazaxıstanda yolu azan hərbi helikopter sakinlərdən kömək istədi - VİDEO

Qazaxıstanda yolu azan hərbi helikopter sakinlərdən kömək istədi - VİDEO

 Qazaxıstanda hərbi helikopterlərdən biri avtomobil yoluna məcburi eniş edib. "Mİ-8MT" tipli helikopterin enməsinə səbəb isə sakinlərdən Aktoba şəhərinə gedən istiqaməti müəyyən etmək olub.
 
Hərbi helikopterin magistral yola eniş etməsi yerli sakinlər tərəfindən lentə alınıb.  
 
Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında isə deyilir ki, ekipaj təlim uçuşu həyata keçirərkən təhlükəsizlik şəraitini qiymətləndirərək magistral yola eniş edib və yaşayış məntəqəsinin yerini dəqiqləşdirib.(faktxeber)
 

Google+ WhatsApp ok.ru