Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021 17:12 Xəbərlər Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. R.Əliyev qeyd edib ki, yeniliklə borcu olan abonentlərin qaz təminatı avtomatik dayandırılacaq: “Abonentlərə qaz borcu ilə bağlı SMS-bildiriş gələcək. SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilişi dayandırılacaq. Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə, 30 günün tamamında abonentin qaz təminatı dayandırılacaq”. Teqlər : #Qazpulu,#borcu,#olanlara,#SMS,#gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Trampa qarşı impiçment maddəsi Senata təqdim olunub Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA