Qaz təchizatı ilə bağlı fasilələr yaxın saatlarda aradan qaldırılacaq

Qaz təchizatı ilə bağlı fasilələr yaxın saatlarda aradan qaldırılacaq

Azərbaycanda qaz təchizatı ilə bağlı fasilələr yaxın saatlarda aradan qaldırılacaq
 
Azərbaycanın bəzi rayonlarında və Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar qaz təchizatında müşahidə edilən fasilələr yaxın saatlarda aradan qaldırılacaq. Bunu Trend-ə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev deyib.
 
O bildirib: "İB-in əməkdaşları "qaynar xətt" üzrə müraciət aldığımız ərazilərdə qaz təchizatının bərpa edilməsi üzrə zəruri işlər həyata keçirirlər. Biz gücləndirilmiş rejimdə işləyirik, "qaynar xətt" fasiləsiz işləyir". /

Google+ WhatsApp ok.ru