Qaçqınların sayı artır

Qaçqınların sayı artır

2013-cü ildən bəri dünyanın qaçqın əhalisinin sayı 50%-dək artsa da, hər il ABŞ-da yerləşən qaçqın sayı davamlı artmayıb. Bunu “Pew” araşdırma mərkəzi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və ABŞ Dövlət departamentinin məlumatlarının təhlili əsasında üzə çıxarıb.
 
UNHCR bildirir ki, 2016-cı ildə dünyada 17,2 milyon nəfər münaqişələr, yaxud təqiblər nəticəsində evindən didərgin düşüb. Bu rəqəm 1990-cı illərin əvvəli, Berlin divarının sökülməsindən sonrakı dövrlə müqayisə olunur.
 
DÜNYA QAÇQINLARININ 0,6 FAİZİ
 
Ortalama, 1982-2016-cı illərdə, ABŞ hər il dünya qaçqınlarının 0,6%-ni yerləşdirib.
 
Hər il UNHCR ABŞ və digər ölkələrdə yerləşdirilmək üçün qaçqınların namizədliyini rəsmən tanıyır. Son illər hər il yerləşdirilməyə 1 milyonadək fərd müəyyələşdirilsə də, onların cüzi qismi buna nail olur. Məsələn, 2016-cı ildə UNHCR 1 milyonadək mümkün qaçqını müəyyənləşdirsə də, onların yalnız 189 mini dünya ölkələrinə yerləşib, yarıdan çoxunun (51%) taleyinə Birləşmiş Ştatlar düşüb.
 
1982-2016-cı illərdə Birləşmiş Ştatlar dünyada yerləşmiş qaçqınların üçdə ikisini (69%) qəbul edib. Ondan sonra Kanada (14%) və Avstraliya (11%) gəlir.
 
Qaçqınların milliyyəti və dini də dəyişir. 2011-2016-cı maliyyə illərində qaçqınların artan çoxluğunu müsəlmanlar təşkil edib. 2016-cı ildə Birləşmiş Ştatlara da rekord sayda müsəlman qaçqın qəbul olunub.
 
Eyni zamanda, ABŞ-a yerləşdirilən qaçqınların böyük qismi xristianlardır. 2017-ci maliyyə ilində ABŞ-a daha çox xristian (47%) qaçqın gəlib, ikinci yerdə müsəlmanlardır (43%).(azadliq.org)
 

Google+ WhatsApp ok.ru