Qüds 2019-cu ildə İslam dünyasının  mədəniyyət paytaxtı olacaq

Qüds 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

İslam Əməkdaşlıq Konfransının Bəhreyndə keçirilən iclasında 2019-cu ildə İslam dünyasının  mədəniyyət paytaxtı şəhərləri müəyyənləşib. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin paytaxtı Qüds, Tunisin paytaxtı Tunis,  Bruneyin paytaxtı  Seri Begavan, Qvineya-Bisaunun paytaxtı  Bisau  şəhərləri 2019-cu ildə İslam dünyasının  mədəniyyət paytaxtı seçilib. 
 
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin fövqəladə Konfransı 57 ölkənin iştirakı ilə 28-29 noyabr  tarixində  Bəhreynin Manama şəhərində keçirilib. 
 
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və İƏT-in təşkilatçılığı ilə  “Hamı insan irsini dəstəkləmək və radikalizmlə mübarizə üçün” şüarı adı altında keçirilib. 
 

Google+ WhatsApp ok.ru