Qüds şəhərində azan qadağası

Qüds şəhərində azan qadağası


Işğalçı Israil rejiminin Qüds şəhərindəki yeni bələdiyyə sədri Moşe Lion şəhər məscidlərində azan səsinin azaldılmasına göstəriş verib.

Maide.Az "Rakurstv"-ə  istinadən xəbər verilir ki, yeni bələdiyyə sədri məscidlərdəki səsgücləndiricilərin yeniləri ilə əvəz olunmasına qərar verib. Yeni qurğuların səsi daha az zəif yayacağı bildirilib.

Yeni qərar mart ayından etibarən qüvvəyə minəcək və tətbiq olunmağa başlayacaq.

Moşe Lion bu addımı özünün ilk böyük layihəsi adlandırıb.
 

Google+ WhatsApp ok.ru