Qüdsdə onlarla fələstinli yaralanıb

Sionist rejim hərbçilərinin Qüdsün şərqində yerləşən Səlvan məhəlləsinə hücumları zamanı gözyaşardıcı qazlardan istifadə etməsi bir qrup fələstinlinin zəhərlənməsinə səbəb olub.
Maide.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Qüdsün səhiyyə rəsmilərindən olan Basim Zeydani deyib ki, Sionist rejim hərbçilərinin Silvan məhəlləsində yaşayan fələstinlilərə qarşı hücumda gözyaşardıcı qazlardan istifadə etməsi, fələstinlilər arsında zəhərlənmə və boğulma hallarına yol açıb. 
Məlumata görə, fələstinlilər və sionist rejim hərbçiləri arasında baş verən toqquşmalar sionist qəsəbə sakinlərindən birinin fələstinli  uşağa hücumundan sonra baş verib. 
Həmçinin, sionist rejim hərbçiləri Ramallahın yaxınlığında Nəbi Saleh məntəqəsində fələstinli aksiya iştirakçılarına hücum ediblər./

Google+ WhatsApp ok.ru