Qüdsdə Məscidi Əqsa toqquşması

Sionist rejimin 40 yaşdan aşağı müsəlman kişiləri Əqsaya buraxmaması qarşıdurma yaradıb

İsrail rejiminin Məscidi Əqsaya 40 yaşdan aşağı müsəlman kişiləri buraxmamasından sonra Qüds küçələrində Fələstinlilərlə sionist polis arasında qarşıdurma yaranıb.
 
Maide.az xəbər verir ki, rejimin polisi içində Məscidi Əqsanın da yerləşdiyi Qədim Şəhəri mühasirəyə alaraq, barrikadalar arxasından pasport nəzarəti aparıb. Şəhərin əsas giriş olan Şam Qapısında polisin 2 fələstinli gənci həbs etmək istəməsinə camaat sərt reaksiya göstərib. Bundan sonra atlı polis dəstəkli rejim qüvvələri ilə Fələstinlilər arasında qarşıdurma yaranıb.
 
Rejimin polisinə daş ataraq müqavimət göstərən iki gənc saxlanılıb. Polisin qurduğu barrikadaların yüz metr arxasında yenidən toplaşan camaat dünən cümə namazını küçədə bir neçə saat sonra qılıb.
 
Həmçinin Qüdsün Ras Əl-Amud və Vadi Əl-Cəvz məhəllələrində də oxşar hadisələr baş verib. Cümə namazını küçədə qılan camaata İsrail qüvvələri səs bombası, gözyaşardıcı qaz və plastik gülləylə hücum edib. 
 
Digər tərəfdən Məscidi Əqsa müdiri Ömər Kisvani açıqlamasında 8 minə yaxın müsəlmanın Əqsada cümə namazı qıldığını bildirib.

Google+ WhatsApp ok.ru