Qüdsdə 27 Fələstinli saxlanılıb

İsrail rejimi polisinin Qüdsdə baş verən qarşıdurmaların ardından 36 saat ərzində 27 fələstinlini nəzarətə götürdüyü bildirilib

Maide.az xəbər verir ki, İsrail rejimi ordusu radiosunun xəbərinə görə, sionist polisi Qüdsdə baş verən qarşıdurmalardan sonra 36 saat ərzində 27 fələstinlini həbs edib.
 
İsrail hədəflərinə hücum təşkil etdikləri səbəbilə bu gün səhər də 4 nəfər nəzarətə alınaraq sorğu mərkəzinə aparılıb. Nəzarətə alınanların bu gün nəzarət müddətlərinin uzaldılması məqsədilə məhkəməyə çıxarmasının gözlənildiyi qeyd edilib.
 
İsrail rejiminin Məscidi Əqsaya qarşı pozuntularından sonra gərginliyin yüksəldiyi Qüdsdə sionist əsgərləri ilə Fələstinlilər arasında vaxtaşırı olaraq qalmaqallar baş verir.

Google+ WhatsApp ok.ru