Qüdsdə sionist əsgərlər və fələstinlilər arasında qarşıdurma olub

Bu gün səhər işğal olunmuş ərazilərdə Məscid-ül Əqsanın cənubunda Salvan bölgəsində işğalçı sionist rejim əsgərləri ilə Fələstinlilər arasında qarşıdurma baş verib. 
 
Maide.az xəbər verir ki, işğalçı İsrail hərbiçiləri Fələstinlilərə qarşı göz yaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Qarşıdurma zamanı ölən, yaralanan və saxlanılanlar barədə hələlik məlumat yoxdur. 
 
Məlumata görə, həmçinin işğalçı israil hərbiçiləri bu gün səhər Ramullahın Beyt Ur bölgəsində fələstinlilərin evlərinə hücum edib. 6 fələstinli həbs olunub. 
 
İşğal olunmuş ərazilərdə, Qəzza və Qərb sahilində artıq 5 aydır ki, yeni intifada dönəmi başlayıb.  Bu müddət ərzində 173 fələstinli şəhid olub, 16 min nəfərdən çox fələstinli isə yaralanıb. Şəhid edilən fələstinlilərdən 34 nəfəri yeniyetmə, 13 nəfəri qadın, 6 nəfəri isə az yaşlı uşaqlardır. /
 
 

Google+ WhatsApp ok.ru