Qüdsdə onlarla fələstinli yaralanıb

İşğal olunmuş Qüdsdə fələstinlilərlə sionist rejim hərbçiləri arasında baş verən qarşıdurmada onlarla fələstinli yaralanıb.
 
Maide.az xəbər verir ki,  Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, bu qarşıdurmalar ötən gün işğal olunmuş Qüdsdə şəhidlər Ömər Əmru və Mənsur Şəvamirənin dəfn mərasimindən sonra baş verib.  Nəticədə ən azı 43 fələstinli yaralanıb.
 
Həmçinin Qüdsün şərqində Silvan şəhərciyində sionist rejim polis məmurları çoxlu yoxlama-keçid məntəqələri yaradıb və bu bölgə sakinlərini incidirlər.
 
Digər tərəfdən sionist hərbçilər bir neçə fələstinlini əl-Əqsa məscidindən çıxarkən həbs ediblər. /
 

Google+ WhatsApp ok.ru