Qüdsdə  50 yaşından aşağı müsəlmanlara qadağan qoyuldu, 2000 hərbiçi yerləşdirildi

Qüdsdə 50 yaşından aşağı müsəlmanlara qadağan qoyuldu, 2000 hərbiçi yerləşdirildi

Sionist İsrail rejimi Qüds şəhərində əlavə 2 min təhlükəsizlik qüvvəsi yerləşdirib. 
 
Maide.İnfo xəbər verir ki, işğalçı rejim həmçinin Fələstinin işğal olunmuş ərazilərində (Qüdsdə) tarixi məkanlarına buraxılışa yaş məhdudiyyəti tətbiq edib. 
 
Məlumata görə, ötən həftənin cümə günü Əqsada 3 fələstinli gənci şəhid etdikdən sonra ötən gecə bu qərar qəbul olunub. Artıq 50 yaşdan gənc olanlar "Məscüdül Əqsa" istiqamətinə buraxılmayacaq. 
 
Qeyd edək ki, məscidin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora elektron təhlükəsizlik  yoxlama qurğularının qoyulması etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi. 
 
"əl-Məyadin" xəbər verir ki, fələstinlilərin etirazının ardınca sionist rejimin təhlükəsizlik kabineti "əl-Əqsa" məscidinin giriş qapılarında elektron təhlükəsizlik yoxlama qurğularının orada götürülməsinə qərar verib. /

Google+ WhatsApp ok.ru