Qüdsdə etirazlarda həlak olan fələstinlilərin sayı 3-ə yüksəldi

Qüdsdə etirazlarda həlak olan fələstinlilərin sayı 3-ə yüksəldi

İşğalçı İsrail rejiminin qüvvələrinin Şərqi Qüdsün müxtəlif yerlərində qılınan cümə namazından sonra camaata müdaxilələri nəticəsində həlak olan fələstinlilərin sayı 3-ə yüksəlib.
 
Şərqi Qüdsdə olan Əl-Makasid xəstəxanasından verilən məlumata görə, Tur bölgəsində sionist polislərin fələstinlilərə hücumu vaxtı yaralanaraq, xəstəxanaya gətirilən 17 yaşlı bir fələstinli gənc dünyasını dəyişib. Xəstəxananın açıqlamasında, ölən fələstinlinin şəxsiyyətinə dair heç bir məlumat verilməyib.
 
Fələstin Səhiyyə Nazirliyi işğal olunmuş Şərqi Qüdsün Əbu Diys məhəlləsində də bir fələstinlinin həlak olduğunu qeyd etmişdir.
 
Sionist İsrail rejiminin polisinin verdiyi açıqlamada isə, Tur bölgəsində baş verən hadisələrdə polisin müdaxiləsi zamanı fələstinli bir gəncin həlak olduğu bildirilib. Polis hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edib.
 
Fələstinin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamada, Qüds və İordan çayının qərb sahilində indiyə qədər baş verən hadisələrdə yaralanların sayının 193 nəfərə çatdığını bildirib.(deyerler)

Google+ WhatsApp ok.ru