Qüds Günü-dünya müsəlmanlarına çağırış səsi

Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.
 
Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds günü kimi qeyd edilir.
 
Bu günkü müsahibimiz ilahiyyatçı Qədir Məmmədovdur.
 
- Beynəlxalq Qüds Günü 33 ildir ki, bütün dünya müsəlmanları tərəfindən böyük coşqu ilə ilə qeyd edir. Siz İslam aləmi üçün bu günün əhəmiyyərini necə dəyərləndirirsiniz?
- Qüds Günü İslam dünyasına səslənən elə bir yeganə simvolik çağışdır ki, bütün dünya müsəlmanlarını bir araya gətirmək, həmrəylik yaratmaq iqtidarına malikdir. Bu baxımdan önəmi çox böyükdür. Qüds Günü mərhum imam Xomeyninin təşbbüsü olub və illər ərzində bütün İslam aləmində özünə möhkəm yer tutub, dünya müsəlmanları tərəfindən dəstəklənib, özünə əbədi yaşam qazanaraq tarixə qızıl hərflərlə həkk olunub. Qüds Günü məzhəb və təriqətindən aslı olmayaraq bütün məzlumları zülmə qarşı mübarizəyə səsləyir. Bu çağırış sərhədləri aşaraq əzilən xalqların, məzlum insanların fəryadına yetişmək üçün, məzlumiyyətinə səs vermək üçün hegamon dövlətlərin qarşısında canlı səddə çevrilir.
 
- Qüds Gününün Azərbaycan xalqı üçün önəmi nədir?
- Azərbaycan da dünyanın bütün məzlum xalqları kimi haqsızlığa, zülmə uqrayıb. 20% torpaqlarımız işğal altındadır. Bizim torpaqlarımız da hegemon güclərin arxasında dayandığı Ermənistanın əsarətindədir. Bir müsəlman, işğala məruz qalmış xalq olaraq bizim də Qüds Günü keçirməyimiz mütləqdir, vacibdir. Qüds Günü Azərbaycan xalqı üçün bu baxımdan olduqca önəmlidir. islaminsesi 

Google+ WhatsApp ok.ru