Qüds intifazəsi ... 24 şəhid, 1300 yaralı

Fələstinin səhiyyə nazirliyindən verilən məlumata əsasən, Qüds intifazəsinin (zalım qarşısında hər bir vasitə ilə qiyam etməyə - intifazə deyilir ) 11-ci günü 24 şəhid və 1300-dən çox yaralı ilə sona çatdı.
Maide.az əl-Aləmə istinadən xəbər verir ki, işğalçı və sionist rejim olan İsrailin qırıcılarının dünən İordan çayının qərb sahilləri, Qüds və Qəzzə zolağına hücumları nəticəsində 3 nəfər şəhid olmuş və onlarla sakin yaralanmışdır.
Əhməd Abdullah adlı 13 yaşlı uşaq başına rezin güllə dəyməsi nəticəsində şəhid olub.
İşğalçı sionist qüvvələri Tulkərəm, Nablus, əl-Xəlil və Raməllahda etirazları yatırmaq üçün geniş formada hərbi güllələrdən istifadə ediblər. Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, nəticədə 82 nəfər yaralanıb.
Ötən gün Qəzzə zolağında 2 nəfər şəhid olub, 50 nəfər isə yaralanıb.
Oktyabrın əvvəlindən başlanan intifazədən indiyə qədər 24 nəfər həyatını itirib. Onların 13 nəfəri İordan çayının qərb sahilindən, 11 nəfəri isə Qəzzə zolağından olublar.
Fələstində şəhid olanların 1-i qadın, 6-sı uşaqdır. Qəzzə zolağında 2 uşaq, İordan çayının qərb sahillərində isə 4 uşaq şəhid olanlar sırasındadır. /
 

Google+ WhatsApp ok.ru