Qüds korpusunun komandiri Fələstinin müqavimət hərəkatlarının lideləri ilə danışıqlar aparıb

Qüds korpusunun komandiri Fələstinin müqavimət hərəkatlarının lideləri ilə danışıqlar aparıb

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds korpusunun yeni komandiri general İsmayıl Qaani dünən (2 fevral) axşam Fələstinin İslami Cihad hərəkatının baş katibi Ziyad Ən-Nahhalə ilə telefonla danışıb.  

 
Maide.Az deyerler.orga istinadən xəbər verir ki, İsmayıl Qaani şəhid general-leytenant Qasım Süleymaninin şəhadətindən sonra İranın Fələstin müqavimət güvvələri ilə əlaqədar siyasətində hər hansı bir dəyişikliyin olmadığını bildirərək, ABŞ-ın şəhid Qasım Süleymaniyə qarşı terror hücumunu təşkil edərək, Əsrin müqaviləsinin baş tutması üçün şərait formalaşdırmağa çalışdığını söyləyib.  
 
Digər tərəfdən general İ.Qaani, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə ilə də telefonla danışıb.  
 
İranın Trampın açıqladığı Əsrin müqaviləsinə qarşı olduğunu söyləyən general İ.Qaani, İranın Fələstin xalqı və müqavimətini dəstəkləməyə davam edəcəyini, şəhid general-leytenant Süleymaninin yolu ilə gedəcəyini bildirib.

Google+ WhatsApp ok.ru