Qüdslü fələstinlilər İsrail bələdiyyə seçkilərini boykot etdi

Qüdslü fələstinlilər İsrail bələdiyyə seçkilərini boykot etdi

İşğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilərin əksəriyyəti işğalçı rejim tərəfindən fələstinin işğal olunmuş ərazilərində keçirilən bələdiyyə seçkilərini boykot edib.

Bu barədə İsrail rejimi mətbuatında xəbərlər yer alıb.

Xəbərlərə görə, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejim tərəfindən dünən keçirilən yerli seçkilərdə qutuların bağlanmasından sonra aparılan sayım nəticəsində işğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilərin cəmi 2-5 faiz iştirak etdiyi ortaya çıxıb.

Digər tərəfdən, İsrail polisi işğal altındakı Şərqi Qüdsün Cəbəl əl-Mukəbbir bölgəsində səsvermə məntəqələrinin yaradılmasına qarşı çıxan 4 fələstinlini nəzarətə götürüb. /eastnews.org/

Google+ WhatsApp ok.ru