Qüds müsəlmanlarındır..!

Qüds müsəlmanlarındır..!

-- “Qələm” Yazarlar Birliyi Trampın Qüdsü İsrailin paytaxt kimi tanımasına etiraz edir

Maide.Az xəbər verir ki, “Qələm” Yazarlar Birliyi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxt kimi tanımasına etiraz olaraq bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir:
 
“İslam aləmi Həzrət Peyğəmbərimizin mübarək mövludu, eləcə də İraq və Suriyada İŞİD üzərində qələbə sevincini yaşadığı günlərdə məhz həmin terror təşkilatının memarı olan ABŞ-İsrail cütlüyünün yeni təcavüzkarlıq planı – Qüdsü sionist rejimin paytaxtı qərar verməsi bərk hiddət doğurub. Əslində, çoxdan hazırlanan, sadəcə, dəfələrlə icrasına veto qoyularaq daha münasib fürsət gözlənilən mürtəce niyyətin indi gündəmə gətirilməsi də məhz Yaxın Şərqdəki uğursuzluqları – İŞİD-ə ayrılan milyardları, qədim sivilizasiya məskənlərinin dağıdılmasını, yüzminlərlə günahsız sakinin öldürülməsi, yaralanması, yurd-yuvasından didərgin salınmasını və təbii ki, Tə-əvivdə xalqın küçələrə axışıb korrupsioner, müharibə canisi, uşaq qatili Netanyahuya istefa tələblərini kölgələmək, unutdurmaq məqsədi daşıyır”.
“Qələm” Yazarlar Birliyi tərəfindən təqdim olunan bəyanatda belə deyilir.
 
Bəyanat müəllifləri 100 il öncə imzalanmış bədnam “Balfor” müqaviləsi ilə əsası qoyulan problemin bu günə qədər öz həllini tapmamasına oxşar destruktiv mövqe və qərəzli münasibətlərin mane olduğunu vurğulayaraq növbəti sərsəm addımın da sülhə, əminamanlığa, barışa əngəl törədəcəyini, dünyanı qana çalxayacağını bildirir:
“Qüds müsəlmanların ilk qibləsi, dini-mənəvi kimliyi və İlahi vəhy məkanıdır. Bundan əlavə, bölgədə yaşayan fələstinlilərə qarşı uzun illər diskriminasiya siyasəti həyata keçirilib, onlar BMT qətnaməsinə uyğun oz dövlətlərini belə, qura bilməyiblər. Dünya hegemonlarının ikili standartlarından qaynaqlanan saysız-hesabsız təcavüzlər, haqsızlıqlar, ədalətsizliklər azmış kimi, müqəddəs şəhərin işğal edilmiş ərazilərdə zora söykənərək yaradılan qanlı rejimin paytaxtına çevrilməsi və ABŞ-ın öz səfirliyini bura köçürmək istəyi xeyli absurd, gülünc və yolverilməzdir. Eyni zamanda bölgədəki həssas durumu, kövrək əlaqələri böyük təhlükəyə atır, necə ki, artıq Fələstin rəsmiləri və xalqı dialoqda rəsmi Vaşinqtonun vasitəçiliyindən imtina etdilər...”
 
“Qələm” Yazarlar Birliyi birmənalı şəkildə bəyan edir ki, Qüds müsəlmanlarındır, Allahı köməyi və şəhidpərvər insanların əzmi sayəsində Müsəlmanların olaraq da qalacaqdır!
 

Google+ WhatsApp ok.ru