'QÜDS MÜSƏLMAN DÜNYASININ ŞƏRƏF MƏSƏLƏSİDİR' - 'Qələm' Yazarlar Birliyi müsabiqə elan etdi

'QÜDS MÜSƏLMAN DÜNYASININ ŞƏRƏF MƏSƏLƏSİDİR' - 'Qələm' Yazarlar Birliyi müsabiqə elan etdi


“Qələm” Yazarlar Birliyi hər il olduğu kimi, yenə də mübarək Ramazan ayının son cüməsi -  Beynəlxalq Qüds Günü ilə əlaqədar məqalə müsabiqəsi elan edir.

Maide.Az xəbər verir ki, Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- Təqdim olunan yazılar orijinallığı ilə seçilməli; mövzunu tam əhatələməklə problemin əsas mahiyyətini açmalı; məsələnin aktuallığını - mövcud bəşəri prinsiplərin pozulması, beynəlxalq hüququn, eləcə də qüvvədəki BMT qətnamələrinin tapdalanması üzündən yaranan qlobal təhlükəni diqqətə çatdırmalı; sülh, əminamanlıq, qarşılıqlı anlaşma, haqq-ədalətin müdafiəsini təbliğ etməlidir.
- Məqalələr 9-11 min kompüter işarəsi həcmində olmalıdır və yalnız müvafiq elanının dərcindən sonra (12 aprel) hər hansı KİV-də - qəzetdə, jurnalda, elektron resurslarda verilə bilər.
- Müsabiqə üçün nəzərdə tutulmuş yazılar mayın 25-dək [email protected] ünvanına göndərilməlidir.

Münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlər üzrə müəyyənləşdirilən qaliblərə pul mükafatı, qiymətli hədiyyələr veriləcək, müqəddəs məkanların ziyarəti imkanı yaradılacaq.

 “Qələm” Yazarlar Birliyi sizlərə uğurlar diləyir.

 
    

Google+ WhatsApp ok.ru