Qüdsün müxtəlif bölgələrində sionistlər fələstinlilərlə toqquşublar

Şahidlər Qüdsün müxtəlif bölgələrində sionist rejim hərbçiləri ilə fələstinlilərin ağır toqquşmasından xəbər veriblər.
 
Maide.az  Qüdsnetə istinadən xəbər verir ki, sionist rejim hərbçiləri bazar ertəsi gecə Qüdsün müxtəlif ərazilərində, o cümlədən Silvan və əl-İsəviyyədə bir neçə fələstinlini həbs etmək üçün mənzillərə basqın edib, gözyaşardıcı qazlardan istifadə edərək fələstinlilərə toqquşublar. 
 
Şahidlərin dediyinə görə, bu toqquşmada ən azı iki fələstinli, o cümlədən bir qadın və bir uşaq yaralanıb və onlarla fələstinli gözyaşardıcı qazlardan istifadə olunduğuna görə zəhərlənib. 
 
Digər tərəfdən Qüdsün Vadi əl-Covz məntəqəsində 16 yaşlı fələstinli yeniyetmə Məhəmməd Sənqəratın şəhid olmasının birinci ildönümü ilə əlaqədar aksiyanın keçirilməsi ardınca bölgədə sionist rejim hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma baş verib. 
 
Şahidlərin bildirdiyinə görə, sionist rejim hərbçiləri ötən gecə də Qüdsün bir sıra bölgəsində bir neçə fələstinlinin mənzilinə hücum və qeyd olunan mənzilləri təftiş edib. /

Google+ WhatsApp ok.ru