`Qüds İslama və müsəlmanlara məxsusdur` mövzusunda dəyirmi masa keçirilib - VİDEO/FOTO

`Qüds İslama və müsəlmanlara məxsusdur` mövzusunda dəyirmi masa keçirilib - VİDEO/FOTO

-- Tramp bu addımı ilə ....

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə "Qüds İslama və müsəlmanlara məxsusdur"adlı dəyirmi masa keçirilib
 
AİP-in mərkəzi qərargahında baş tutan tədbirdə ölkənin siyasi və ictimai təşkilat rəhbərləri, ziyalıları, ruhani alimləri, eləcə də ictimaiyyət və media mənsubları iştirak ediblər. Tədbirdə öncə Qurani-Kərim tilavət olunub. Ardınca dəyirmi masanı Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl açaraq təşrif buyuran qonaqlara öz təşəkkürünü bildirib. Vəhdət Həftəsi münasibəti ilə hər kəsi təbrik edən Qurban Cəbrayıl, bayram sevincinin uzun sürməsinə əngəl törədən beynəlxalq irticanın və sionizmin əməllərinə diqqət çəkib.
 
Daha sonra tədbirdə çıxış üçün söz AİP-in sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verilib. AİP–in sədr əvəzi ABŞ prezidenti Donald Trampın müqəddəs Qüds şəhərini sionist İsrailin paytaxtı kimi tanımasını qətiyyətlə pisləyib. O, bildirib ki, Qüds İslam ümmətinin ilk qibləgahıdır. İslam aləminin qırmızı xəttidir. Trampın bu addımı Qərb dünyasının acizliyinin göstəricisidir. Onlar sonlarının yaxınlaşdığını hiss edirlər və bu cür addımlarla özlərinə təskinlik verirlər. Çünki İslam ideologiyası dünyanı fəth etmək üzrədir.
 
Tədbirdə söz alan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da mövzu ətrafında maraqlı fikirlər səsləndirib. O, Trampın addımını İslam dünyası üçün sınaq adlandırıb. Fələstin və Qüds məsələsinin də məhz Qərb-İslam qarşıdurmasının alovlandırılmasına xidmət etdiyini dilə gətirib. Ona görə də, bu məsələlərlə bağlı bütün İslam dünyasının bir araya gəlməsinin vacibliyini vurğulayıb.
 
Tədbirdə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də növbə ilə mövzuya münasibət sərgiləyiblər. Natiqlər çıxışlarında bildiriblər ki, Qərb dünyasının bu addımlarına olduqca sərt münasibət sərgilənməlidir. Çünki Tramp bu addımı ilə büynəlxalq hüquq və normaları kobud şəkildə pozub.
 
Dəyirmi masada çıxış edən AİP-in sədr müavini, ilahiyyatçı alim Emil Rahiloğlu və AİP funksioneri Akif Heydərli baş verənləri, müsəlmanların vəhdətinin olmaması ilə əlaqələndiriblər. Amerikanı sülhün deyil, müharibənin ixracatcısı adlandırıblar.
 
Tədbir digər natiqlərin mövzu ətrafında maraqlı çıxışları ilə davam etdirilib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru