`Qüds və Qarabağ eyni dərddə` konfransının ilk mərhələsi keçirilib

 

Bu gün səhər saatlarında "Birlik" təşkilatının təşəbbüskarlığı ilə keçiriləcək konfrans öz işinə başlayıb

Bu gün saat 11-də Azad Qarabağ Uğrunda Alyansın ofisində “QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”– YAXIN ŞƏRQDƏ GEOPOLİTİK VƏZİYYƏT VƏ AZƏRBAYCAN – III VİRTUAL KONFRANS-ın dinləmələri öz işinə başladı.

İslamazeri.az-ın verdiyi xəbərə görə, konfransın ilkin mərhələsində siyasi ekspertlər mövzu ilə bağlı təkliflərini, fikirlərini bildiriblər.

Konfransda Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, "Birlik" partiyasının sədri Vüsal Hətəmov, "Vəhdət" partiyasının sədri Tahir Kərimli, "Vətən" blokunun üzvü Mayis Güləliyev, "Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək" birliyinin sədri Məmmədhəsən Həsənov, "Xəbərlent” saytının baş redaktoru Bəhruz Salmanov, Nardaran ağsaqqalı Natiq Kərimov və başqaları iştirak ediblər. 

Google+ WhatsApp ok.ru