`Qüds və Qarabağ eyni dərddə` adlı konfrans işinə başlayıb (FOTO)

"Birlik" təşkilatının təşəbbüsü ilə "Qüds və Qarabağ eyni dərddə" konfransı öz işinə başlayıb
Bu gün saat 11-də BMM-də “Qüds və Qarabağ eyni dərddə” – Yaxın Şərqdə Geopolitik vəziyyət və Azərbaycan – III Virtual Konfransın dinləmələri öz işinə başlayıb.

İlkin olaraq çıxış edən Azad Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, Beynəlxalq Qüds Günü əslində islam günüdür. Bu gün dünyanın hər yerində olan müsəlmanlar istismarçı, zalım sionist rejiminə etiraz edirlər. Düşünürük ki, bizim də keçirdiyimiz tədbirlər bu etirazların tərkib hissəsidir.”

Sonra çıxış edən DEVAMM İlqar İbrahimoğlu qeyd etdi ki, Mübarək Ramazanı ayının əsas mahiyyəti Allahın razılığın qazanmaqdan ibarətdir: ”Mübarək ayın ən pik nöqtəsi isə müqəddəs Qədr gecələridir ki, həmin gecələrdən çıxan müsəlmanlar Qüds gününü qeyd edirlər. Qəzzada və İraqda baş verənlər Xocalını və Qarabağı yada salır. Azərbaycan insanın birinci gündəmi Qarabağ olmalıdır. Bu ruhiyyə ilə toparlanaraq Qarabağı azad etməyə çalışmalıdır.”

Bundan sonra çıxış üçün söz millət vəkili İlyas İsmayılova verildi. Millət vəkili çıxışı zamanı söylədi ki, hər hansı bir problem həll edə bilmiriksə, ən azından onu gündəmdə saxlamalıyıq:”Qarabağ problem Qüdslə eyni taleyi yaşayır Artıq ATƏT kimi beynəlxalq təşkilatlar sözügedən problemləri həll edə bilmirlər. Çünki onların verdikləri qərarlarla bağlı öhdəlik yoxdur və yalnız tövsiyə xarakteri daşıyır.”

Daha sonra layihənin ideya tərəfi olan Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov çıxış edərək ənənəvi olaraq hər il bu tip tədbirlərin keçirildiyini bildirdi. Həmçinin qeyd etdi ki, QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”– YAXIN ŞƏRQDƏ GEOPOLİTİK VƏZİYYƏT VƏ AZƏRBAYCAN" mövzusunda virtual konfransın məqalələri və əyani konfranslarımızın stenoqramları işlənərək kitab şəklinə salınacaq. Yaxınlarda sözügedən təqdimatın kitabın təqdimatıolacaq. 

Vətən Blokunun İcra Katibi Mayis Güləliyev isə çıxışı zamanı bildirdi ki, Qüds Günü dünyanın bir çox ölkələrində qeyd edilir. Hətta İsraildə beləQüds Günü ilə bağlı etirazlar aksiyaları keçirilir: “Təəssüflər olsun  ki, Azərbaycanda buna imkan vermirlər. İsraili müxtəlif sahələrdə boykot etməyimiz mümkündür. Bu boykotların hamısı iqtisadi, siyasi digər sahələrdə özünü göstərə bilər. Hətta onların təşkil etdiyi tədbirlərdən nümayişkəranə şəkildə imtina etməliyik. Hər bir  kəs  öz bacardığı səviyyədə etiraz etməyə çalışmalıdır. Eyni halda sionizmlə mübarizə aparan qüvvələrə əlimizdən gələn bütün dəstəyi göstərməliyik.” Birlik.az

Qüds gününün siyasi bir ibadət olduğunu söyləyən Təkamül Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov, “əziz islam peyğəmbəri buyurub ki, müsəlman hər gün yuxudan durarkən müsəlmanların halı ilə maraqlanmasa bizdən deyil”, - deyə bildirdi: “Tarixən İsrailin və Amerikanın ayağı hara dəyibsə, həmişə həmin yerdə qan tökülüb və bəlalar baş verib. İlk öncə İsrail dövlətinin yaranması araşdırılmalıdır. Belə ki, İsrail niyə qurulub və niyə bu qədər cinayət törədirlər. Onlar çox gözəl bilirlər ki, Allahın yer üzünü saleh bəndlər üçün miras qoyacağına dair verdiyi vəd doğrudur. Törətdiyi cinayətlərin bir səbəbi də məhz bu vədlə bağlıdır.”

AİP-in sabiq sədri Hacıağa Nuriyev isə çıxışı zamanı söylədi ki, Qarabağın işğalı Qüdsün davamı idi: “Əgər  vaxtı ilə İsrail qəsbkar rejimi yerində otuzdurulsaydı, nə  İraq, nə Suriyada, nə də ki, Qarabağ hadisələri baş verməzdi. Dünyada müsəlman qanına susamış iki rejim vardır ki, onlardan biri, Ermənistandır, biri isə İsrail. Bütün ərəb diktatorları, cinayətkar terrorçu təşkilatlar xüsusiə İŞİD İsrail rejimi tərəfindən himayə idarə edilir. 

Sonra çıxış edən ilahiyyatçı alim Emil Rahiloğlu isə zülmün dünyaya çatdırılmasında medianın rolundan danışdı: “Media haqqı batil, batili isə haqq kimi dünyaya çatdırmaq qüdrətindədir. Bütün media orqanlarının başlıca şüarları dəqiq, vicdan və qərəzsizlikdən ibarətdir. Lakin təəssüflər olsun, ölkə mediası son illər şərəfsizcəsinə bütün cinayətlərə don geyindərərək, haqq kimi təqdim etməyə çalışırlar.”

 

Google+ WhatsApp ok.ru